AZ

Komandamız Avropa çempionatında ikinci yeri tutdu

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıb.

Birinci lövhədə çıxış edən Günay Məmmədzadə məğlub olub. Yekunda 3:1 hesablı qələbə qazanan Azərbaycan yığması 15 xalla tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına yiyələnib.

Son turda İtaliya ilə heç-heçə (2:2) edən kişilərdən ibarət millimiz isə yarşı 9 xalla 18-ci yerdə bitirib.

Azərbaycan millisi çempionatda 7 turda qələbə qazanıb. Yalnız bir tur gələcək çempion Bolqarıstana məğlub olub. Bir turda isə heç-heçə qeydə alınıb.

Seçilən
193
9
Mənbələr
Şərh ()
Bağla