AZ

Slovakiya Ukraynadan taxılla bağlı qadağanı uzadır?

Slovakiya Ukraynadan respublikaya taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı ilin sonuna qədər uzatmağa hazırdır.

Publika.az-ın məlumatına görə, bu barədə Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Riçard Takaç Avropa İttifaqının Kənd Təsərrüfatı və Balıqçılıq Şurasının iclasından sonra deyib.

"Avropa Komissiyası Avropada Ukraynadan gələn ucuz taxıl artıqlığı problemini həll etmək üçün başqa yol tapmasa, Slovakiya Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı uzatmağa hazırdır", - deyə nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
474
6

1Mənbələr

Şərh ()
Bağla