AZ

Tiflisdən İrəvana “yaşıl işıq”: erməni ordusu üçün səfərbərlik

Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze İrəvana səfəri çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşərək bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçirib. Görüşdən sonra iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq planı imzaladığı qeyd olunub.

Ümumiyyətlə, son vaxtlar İrəvan-Tiflis münasibətlərinin inkişafı istiqamətində xəbərlər yayılır.

Mövcud vəziyyətin Bakı-Tiflis münasibətlərinə necə təsiri olacaq?

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Gürcüstan müdafiə naziri ilə Ermənistan müdafiə naziri arasındakı görüşləri regional yanaşmadan daha çox Aİ və Şimali Atlantika Alyansına daxil olan ölkələrin strategiyası, yəni geosiyasi yanaşması üzərindən qiymətləndirməliyik:

“Həmin ölkələrin liderləri Gürcüstan və Ermənistanı gələcəkdə öz sıralarında görmək istəyirlər. İki ölkənin rəhbərliyi də bu istiqamətə yönləndirilir. Rəsmi Tiflis və İrəvan Rusiyaya qarşı informasiya müharibəsi aparır. Aİ və Şimali Atlantika Alyansı Kremlə qarşı olan ölkələri öz düşərgələrində görmək istəyir.
Fransa və digər ölkələr hərbi texnikalarla Ermənistanı gücləndirməklə, döyüş qabiliyyətli ordu yaratmağa çalışırlar”.

Ekspertin fikrincə, Ermənistan və Gürcüstan gələcəkdə heyətlərin təlimdə iştirakı ilə yanaşı, hərbi təhsil sahəsində əməkdaşlıq edəcəklər:

“Rəsmi Tiflis NATO standartlarına çox yaxınlaşıb. Bu, fəaliyyətə beynəlxalq hüquq maneə törətmir.

Sülh sazişi imzalanandan sonrakı mərhələdə Cənubi Qafqazın tam təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın da yanaşması bu istiqamətdə ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Seçilən
285
25
Mənbələr
Şərh ()
Bağla