AZ

"Vaşinqton danışıqları asanlaşdırmağa hazırdır" - MİLLER

“Vaşinqton Azərbaycan və Ermənistan arasında danışıqları asanlaşdırmağa hazırdır”.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə bildirib.

Millerin sözlərinə görə, Azərbaycan və Ermənistanın birbaşa müzakirələrə başlaması və regionun maraqlarına uyğun məsələləri həll etməsi vacibdir. ABŞ bu danışıqlara yardımçı rolunu öz üzərinə götürməyə hazırdır.

“Digər ölkələr də bu danışıqlarda yardım təklif edir. Biz hesab edirik ki, uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkə arasında üzbəüz danışıqlar aparmaq vacibdir”, - Miller əlavə edib.

Ayşən


Seçilən
239
6
Mənbələr
Şərh ()
Bağla