AZ

“Vaşinqton hesab edir ki, Bakı və İrəvanın üzbəüz danışıqlar aparması vacibdir” - Metyu Miller

“ABŞ Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmağa hazırdır”. Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinq zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın birbaşa müzakirələrə başlaması və regionun maraqlarına uyğun məsələləri həll etməsi vacibdir və ABŞ bu danışıqlarda yardımçı rolunu öz üzərinə götürməyə hazırdır.“Biz gördük ki, digər ölkələr də bu danışıqlarda yardım təklif edir. Biz hesab edirik ki, uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkə üçün üzbəüz danışıqlar aparmaq vacibdir”, - deyə Miller vurğulayıb.Daşqın HəsənovMissiya.Az

Seçilən
227
16
Mənbələr
Şərh ()
Bağla