AZ

ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir

ABŞ administrasiyası gələn həftə Rusiya ilə bağlı sanksiyaları sərtləşdirəcək.

Bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Rusiyanın məhdudiyyətlərdən yayınması ilə mübarizəni davam etdiririk və gələn həftə yeni sərt sanksiyalar tətbiq edəcəyik”, – o deyib.

C.Yellen əlavə edib ki, məhdudiyyətlər Rusiyanın silahlı qüvvələri üçün kritik materiallar təmin edən üçüncü ölkələrə də şamil ediləcək.

phrase_var_article.chosen
125
50
banker.az

10phrase_var_article.sources