AZ

İrəvan yardımla bağlı sənədin KTMT-nin gündəliyindən çıxarılmasını buna görə istəyib

Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan İrəvanın Ermənistana yardımla bağlı sənədin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gündəliyindən çıxarılmasını istəməsinin səbəbini izah edib.

Redaktor.az bu barədə "SputnikArmenia"ya istinadən xəbər verir.

"Bu, dəfələrlə müzakirə olunub. Biz bildirdik ki, KTMT-nin məsuliyyət zonasının haradan başlayıb, harada bitdiyini müəyyənləşdirmək lazımdır. Təəssüf ki, Ermənistanın sərhədləri ilə ərazisi yazılı şəkildə qeydə alınmayıb. KTMT ilə işləməkdə problemlər bu problemlər var".

Bundan əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Ermənistanın təşkilatdakı tərəfdaşlarından yardım haqqında sənədin gündəmdən çıxarılmasını xahiş etdiyini bildirib.

NƏRGİZ

Seçilən
232
50
Mənbələr
Şərh ()
Bağla