AZ

Slovakiya da Ukrayna taxılının idxalına qoyulan qadağanı uzadacaq

Slovakiyanın kənd təsərrüfatı naziri Riçard Takaç bildirib ki, Bratislava Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş qadağanı bu ilin sonuna qədər uzatmaq niyyətindədir. 

Valyuta.az xəbər  verir ki, bu barədə TASS nazirin jurnalistlərin qarşısında etdiyi çıxışa istinadən məlumat yayıb.

Takaçsın sözlərinə görə, Avropa Komissiyası ucuz Ukrayna taxılının Avropada artıqlığı problemini həll etməsə, Slovakiya Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı uzatmağa hazırdır.

Slovakiyalı nazir bildirib ki, bu problem Avropa İttifaqı ölkələrindən olan həmkarları və Avropa Komissiyasının rəhbərliyinin nümayəndələri ilə müzakirə olunub. Bratislava Ukrayna taxılının Aİ vasitəsilə üçüncü ölkələrə xüsusi tranzit dəhlizləri vasitəsilə daşınmasını dəstəkləyir.

Nicat

Seçilən
276
6
Mənbələr
Şərh ()
Bağla