AZ

“Meqa Sığorta”, “Bakı Sığorta” və “Xalq Sığorta” ilə bağlı məcburi göstəriş verilib

Azərbaycan Mərkəzi Bankı üç sığorta şirkəti icrası məcburi göstəriş verib.

Banker.az xəbər verir ki,  AMB tərəfindən həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı “Meqa Sığorta” ASC, “Bakı Sığorta” ASC və “Xalq Sığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimlənərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl edilməməsi nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilmişdir.

Qeyd edək ki, AMB-nin icbari-avto sığortası üzrə indeksinə görə ən çox şikayət “Bakı Sığorta” və “Xalq Sığorta” ilə bağlı olub.

phrase_var_article.chosen
270
50
banker.az

10phrase_var_article.sources