AZ

Qazaxıstan Almaniyaya neft nəqlini kəskin artırıb

2024-cü ilin yanvar-sentyabr aylarında Qazaxıstan “Drujba” kəməri ilə Almaniyaya 1,1 milyon ton neft ixrac edib.

Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, məlumatı Qazaxıstanın Energetika Nazirliyi açıqlayıb.

2024-cü ildə Qazaxıstandan Almaniyaya 1,2 milyon ton neft ixracı planlaşdırılırdı. Bu isə o deməkdir ki, Qazaxıstan 9 aya plana demək olar ki, tam əməl edib. Energetika Nazirliyinin məlumatına görə, sentyabrda Almaniyaya 145 min ton, oktyabrda isə 133 min ton Qazaxıstan nefti ixrac edilib.

Qazaxıstan 2023-cü ildən Almaniyaya nefti Adamova Zastava neft tədarükü məntəqəsi istiqamətində Transneft PJSC-nin magistral neft kəmərləri sistemi ilə tədarük edir. 2023-cü ilin yanvar-sentyabr aylarında Qazaxıstandan Almaniyaya 590 min ton neft ixrac edilib. Ümumilikdə, 2023-cü ilin sonunda Almaniya istiqamətində (Karachaganak Petroleum Operating-in ehtiyatlarından) 993 min ton Qazaxıstan nefti nəql edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Almaniya bazarına neft ixracını artırmağa hazır olduğunu, energetika naziri Almasadam Satkaliev isə Almaniyanın illik tədarükün cari 1,2 n tondan 2,5 milyon tona qədər artırılmasını xahiş etdiyini bildirib.

 

Musavat.com

phrase_var_article.chosen
80
9
musavat.com

9phrase_var_article.sources