AZ

KTMT Ermənistanla bağlı açıqlama yaydı- monitorinq missiyası məsələsi müzakirə edilir...

Image

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi KİV-də Ermənistanın təşkilatın yardımından imtina etməsi haqqında dərc olunan xəbərlə bağlı açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlama təşkilatın saytında dərc olunub.

"KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il noyabr sessiyasının qərarlarının icrası və Belarus Respublikasının sədrliyi dövründə Təşkilatın fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə Fəaliyyət Planına uyğun olaraq, indiyədək Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi ilə bağlı iki sənəd işlənib.

Söhbət KTMT Kollektiv Təhlükəsizlik Şurasının "Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında" qərar layihəsindən və təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin bu regionda sülhün əldə edilməsi səylərinə dəstək bəyanatından gedir", - açıqlamada deyilir.

Açıqlamada KTMT-nin nizamnamə orqanlarının Minsk görüşü ərəfəsində Ermənistan tərəfinin bəyanat layihəsini müzakirədən çıxarmağı təklif etdiyi qeyd olunub.

"Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana monitorinq missiyasının göndərilməsi və digər praktiki tədbirlərin görülməsi ilə bağlı qərar layihəsi üzərində iş davam edir", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, noyabrın 20-də KTMT-nin baş katibi İmanqali Tasmaqabetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib ki, Ermənistan ölkəyə yardım haqqında sənədin təşkilatın gündəmindən çıxarılmasını istəyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək görüşündə iştirakdan imtina edib.





Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla