Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, televiziya ulduzu aparıcısı olduğu “İncə səhər” kollektivinin bir sıra əməkdaşlarından şikayətlənib.
Vüsalə bildirib ki, proqramı yekunlaşdıqdan sonra onların səs-küyündən otağında istirahət edə bilmir:
“Hər gün efirdən sonra kəlmə kəsməyə halım olmur. Otağıma qalxıram ki, sakitlik olsun, dincəlim. Kollektiv o biri otaqda konsertə başlayır. Bu nə səsdir axı, mikrofon udmusan? Sizi başqa mərtəbəyə köçürəcəyəm”.