AZ

Rusiya neftinin əsas alıcıları tədarükdən imtina etməyə başlayıblar

İlin əvvəlindən Asiya ölkələri Rusiya neftinin alışını 5% azaldaraq gündə 3,24 milyon barelədək (b/s) endirib.

Valyuta.az xəbəre verir ki, bu barədə "Kommersant" Vortexa məlumatlarına istinadən yazır. Nəticədə, RF-in ümumi idxalda payı ötən ilki 14,6%-dən 14,1%-ə düşüb.

Region hazırda Rusiya neftinin dəniz yolu ilə çatdırılması üçün əsas bazar rolunu oynayır. Son məlumatlara görə, Asiya ölkələri RF-in bütün dəniz enerji daşıyıcılarının 95%-ni təşkil edir.

Bundan əlavə, yanvar-sentyabr ayları ərzində Asiya Səudiyyə Ərəbistanından neft idxalını da azaldıb. Azalma 7% təşkil edərək gündəlik 4,93 milyon barelə düşüb. Ölkənin ümumi tədarükdəki payı 22,7%-dən 21,4%-ə enib.

Bu arada, Asiyanın digər ən iri neft idxalçıları olan BƏƏ (13% pay), İraq (10%) və ABŞ (7%) Asiya bazarına neft tədarükünü ümumilikdə 250 min barel artırıblar.

Son dörd həftə ərzində Rusiya neftinin ixracı iyunun sonundan bəri maksimum səviyyəyə çataraq gündəlik 3,47 milyon barelə yüksəlib.

Nicat

Seçilən
101
1
valyuta.az

10Mənbələr