AZ

ABŞ İRANI İSRAİLİN HÜCUMUNA CAVAB VERMƏMƏYƏ ÇAĞIRDI, ƏKS TƏQDİRDƏ...

ABŞ səlahiyyətliləri İran rəhbərliyini İsrailin hücumuna cavab verməkdən əl çəkməyə və zərbə mübadiləsinə son qoymağa çağırıb.

Tezadlar.az Türkiyənin Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, şənbə günü, oktyabrın 26-na keçən gecə İsrailin İrana hücumu zərbə mübadiləsini tamamlamalıdır. O, həmçinin qeyd edib ki, İsrailin zərbələri “dəqiq” və “məqsədli” olub.

“Bu, İsrail və İran arasında zərbə mübadiləsinə son qoymalıdır. Əgər İran cavab vermək qərarına gəlsə, o zaman biz İsraili müdafiə etməyə və İsraili dəstəkləməyə tam hazırıq və bu qərarın nəticələri olacaq”, - Vaşinqton sözçüsü bildirib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla söhbəti zamanı Yaxın Şərqdəki ABŞ qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirmişdi. Ostin Vaşinqtonun İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

E.ŞİRİNOV

Seçilən
36
17
tezadlar.az

10Mənbələr