AZ

Seymur Verdizadə baş redaktorluqdan GETDİ

Tanınmış jurnalist Seymur Verdizadənin “Yenisabah.az” saytından ayrıldığı barədə məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əməkdaşı jurnalistlə əlaqə saxlayıb, Seymur Verdizadə xəbəri təsdiq edib.

O, yeni iş yeri ilə bağlı yaxın günlərdə açıqlama verəcəyini deyib.

S.Verdizadə 2020-ci ilin fevralından “Yenisabah.az”ın baş redaktoru işləyirdi. 

S.Verdizadə Türkiyənin Qazi Universitetinin məzunudur.

1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub.

Bir sıra qəzetlərdə və saytlarda çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub. 

S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir. O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.

phrase_var_article.chosen
48
7
bakivaxti.az

10phrase_var_article.sources