AZ

Cəbrayılın 44 yaşlı sakini döyülərək öldürülüb

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini ,1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Seçilən
5
25
ikisahil.az

10Mənbələr