BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası oktyabrın 30-da keçiriləcək.
Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə oktyabr ayında Təhlükəsizlik Şurasının sədri olan İsveçrənin Daimi Nümayəndəliyindən bildiriblər.
“Oktyabrın 30-da Ukraynada sülh və təhlükəsizliyin qorunması üzrə iclas keçiriləcək. Ukrayna bunu ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, Sloveniya və Maltanın dəstəyi ilə istəyib”, – nümayəndəlikdən bildiriblər.