21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçəcək.
İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
U-21 hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, oyunların yeri və başlama saatı barədə məlumat veriləcək.
İdman.biz