AZ

UEFA "Qarabağ"ın məşqçisini cəzalandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA "Qarabağ"ın məşqçisi Çudomir Çakarovu ikioyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.
Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.
O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə biroyunluq cəzalandırılıblar.
Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Bodo Qlimt"in qonağı olacaq.
phrase_var_article.chosen
120
48
oxu.az

10phrase_var_article.sources