AZ

Medvedev: "Trampı Kennedinin taleyi gözləyə bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Respublikaçı Donald Tramp ABŞ-də keçirilən prezident seçkisində qalib gələrsə, sistemin qaydalarına əməl etməyə məcbur olacaq və Rusiya ilə Ukrayna arasında münaqişəni dayandıra bilməyəcək".
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Və həqiqətən cəhd etsə, o, yeni Kennedi ola bilər", - deyə Medvedev qeyd edib.
Xatırladaq ki, Con Ficerald Kennedi 1961-1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti olub və Texasda sui-qəsd nəticəsində öldürülüb.
Seçilən
24
50
oxu.az

10Mənbələr