AZ

"Kresloda nəyə görə oturmusunuz?" - Zurabişvili gürcü diplomatları təbrik etmədi

Gürcüstan prezidenti Salome Zurabişvili gürcü diplomatlarını peşə günü münasibətilə təbrik etməkdən qəti şəkildə imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkələrdə yazıb. 

"Sizi Diplomatiya Günü münasibətilə təbrik etmirəm!

Baxmayaraq ki, 20 il bundan əvvəl mənim təşəbbüsümlə Sulxan-Saba Orbelianinin (Gürcüstan dövlət xadimi, şairi) adı və fəaliyyəti ilə bağlı olan bu mühüm tarix təsis edilib və biz belə bir yubileyi fəxrlə qeyd etməliyik! Üstəlik, Sulxan-Səba bizim Avropa istəklərimizin, Avropa yolunun əsas fiqurlarından biridir ki, ona ancaq diplomatiya yolu ilə nail olacağıq.

Amma yox və bacarmıram da! Təbrik etmək arzusu, qürur hissi yoxdur! Bu gün hökumətin istədiyi Avropa yolunu ayaqlar altında tapdalayanda və diplomatların əksəriyyətinin Rusiyaya qarşı atılan addımlara etiraz etmədiyi halda, ən azından yöndəmsizdir.

Bu vaxt siz Gürcüstanın susqun səfirləri Brüsseldə, Vaşinqtonda və başqa neçə Avropa paytaxtında oturmusunuz və nəyə görə??? Əgər siz istefa verməyə cəsarət etmirsinizsə, uca səslə (mövqeniz haqqında - red.) bəyan edirsinizsə və ya fərqli fikir yazırsınızsa - nə edə bilərsiniz? Həqiqətən belə qorxaqsınız?!

Nə sulxan-səba, nə ləyaqət, nə peşəkarlıq?.. Məhz ölkə diplomatiyası dəyərsiz olanda dünya təhlükədədir!

Dövlətə xidmət edənlər öz kölgəsindən qorxanda azadlıq təhlükə altında olur. Müstəqillik o zaman təhlükə altındadır ki, bizim tərəfdaşlarımıza xəbərdarlıq siqnalları göndərməli olanlar Rusiyanın hibrid hərəkətlərini görmürlər! Daşa döndülər, yoxa çıxdılar, deşik kimi səfirliklərdə gizləndilər, səsini eşidən olmadı, seçkilərdə mühacirlərin konstitusion hüququnu qoruya bilmədilər, gizlənirlər də... Kaş, onların varlığını heç kim xatırlamasa!",  siyasətçi yazıb. 

Gülayə Mecid 

Seçilən
80
11
unikal.az

10Mənbələr