AZ

"Bestcomp Group" CISCO tərəfindən "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



28-30 oktyabr tarixlərində ABŞ-nin Los-Anceles şəhərində keçirilən "CISCO Partner Summit" tədbirində dünyanın aparıcı İKT şirkətlərindən 2000-dən çox nümayəndə iştirak edib. Hər il təşkil olunan bu tədbirdə Azərbaycan şirkəti "Bestcomp Group", CISCO-nun MDB ölkələrindən olan tərəfdaşları arasında yeganə mükafat alan şirkət olmuş, MEA (Yaxın Şərq və Afrika) regionu üzrə "Security Partner of the Year 2024" mükafatına layiq görülüb.
Məşhur Qrəmmi muzeyində keçirilən təntənəli mükafatlandırma mərasimində "Bestcomp Group"un Müşahidə Şurasının sədri Rauf Həsənov CISCO-nun MEA, Türkiyə, Rumıniya və MDB (CİS) ölkələri üzrə vitse-prezidenti David Meads, tərəfdaşlarla işin təşkili direktoru Ossama Eldiib və TRC ölkələri üzrə idarəedici direktor Didem Duru tərəfindən "Security Partner of the Year 2024" diplomu ilə təltif edildi. Mərasim zamanı vurğulandı ki, "Bestcomp Group" bu yüksək mükafata CISCO-nun 2024-cü maliyyə ili nəticələrinə əsasən, dövlət və özəl sektorda genişmiqyaslı layihələrin uğurlu icrasına görə layiq görülüb.
Rauf Həsənovun sözlərinə görə, dünya İKT sənayesinin liderlərindən olan CISCO şirkəti tərəfindən ABŞ-də "Bestcomp Group"a təqdim olunan "Security Partner of the Year 2024" mükafatı, şirkətin 30 illiyi ərəfəsində əhəmiyyətli pozitiv hadisədir.
R. Həsənov vurğulayıb ki, tədbirə yalnız CISCO-nun iş birliyi olduğu şirkətlərin ümumi sayının 2%-ni təşkil edən ən qabaqcıl tərəfdaşlar dəvət edilib və onlardan çox az hissəsi mükafatlandırılıb:
"MDB ölkələrindən mükafata layiq görülən yeganə şirkət isə məhz biz olduq və nüfuzlu "Security Partner of the Year 2024" diplomu ilə təltif edildik.
Azərbaycanda dövlət və özəl qurumlar genişmiqyaslı rəqəmsal transformasiya işləri həyata keçirir və bu sahədə CISCO ən uğurlu həllər təklif edən şirkətlərdən biridir. Qlobal standartlara cavab verən İKT həllərinin yaradılmasında dərin bilik və təcrübəyə malik "Bestcomp Group", 30 illik fəaliyyəti ərzində istənilən səviyyəli təşkilat və qurumlar üçün etibarlı və yüksək səmərəli tərəfdaş nüfuzunu qazanmışdır. CISCO və digər dünya səviyyəli İKT liderləri ilə strateji əməkdaşlıq sayəsində şirkət, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyatın müxtəlif sektorlarında rəqəmsal transformasiya prosesində fəal iştirak edir və qabaqcıl, təhlükəsiz və dayanıqlı İKT həllər təqdim edir. Şübhəsiz ki, ölkəmizdə informasiya texnologiyaları sahəsində baş verən əhəmiyyətli və pozitiv dəyişikliklər bu nailiyyətlərin əldə olunmasında mühüm rol oynayıb. Bu uğurların reallaşmasında bizə etibar edən bütün dövlət və özəl sektor tərəfdaşlarımıza, eləcə də sifarişçilərimizə səmimi təşəkkürümü bildirirəm".
Seçilən
108
50
oxu.az

8Mənbələr