AZ

“Qadın müğənnilərini adları ilə çağırıram “xanım” deyə yox”

“Müğənnilər efirdə oturub, özlərini elə aparıb, görsədirlər ki... Amma onlar o deyillər. Hamı da bunu bilir”.

OLAY yazır ki, bu sözləri meyxanaçı İntiqam Rüstəmov qonaq olduğu “Rəngarəng” verilişində deyib.

Söz xiridarı qadın müğənnilərinə “xanım” deyə müraciət etməməsinin səbəbini belə açıqlayıb:

““Xanım” və “bəy” sözü mənim üçün müqəddəsdir. “Gedə”yə “bəy”, hər qadına da mən “xanım” deyə bilmərəm. Xanım ən birinci mənim üçün anam olub. Allah ona rəhmət eləsin. O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır. Mən qadın müğənnilərini görəndə onlara adı ilə və ya “gözəl insan” deyərək müraciət edirəm. Xanım demirəm”.

Seçilən
67
39
olay.az

10Mənbələr