AZ

Misir prezidenti Sudanda atəşkəs çağırışı edib

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin atəşkəsin yaradılması və Sudanda axan qanların dayandırılması istiqamətində qətiyyətli mövqeyini vurğulayıb. 

News365.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bu barədə Misir Rəyasət Heyəti açıqlama yayıb.  Bildirilib ki, Misir prezidenti Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən 12-ci Dünya Şəhər Forumunda iştirak etmək üçün Qahirədə səfərdə olan Sudan Suverenlik Şurasının sədri Əbdül Fəttah əl-Burhanı qəbul edib.  Görüş zamanı iki qardaş ölkəni rəsmi və xalq səviyyəsində bağlayan tarixi əlaqələrin möhkəmliyi təsdiqlənib. Sisi Misirin böhrandan çıxmaq üçün Sudanı bütün səviyyələrdə dəstəkləməyə davam edəcəyini bildirib.  Sudan Suverenlik Şurasının sədri Burhan da Misirin Sudandakı səylərini və rolunu yüksək qiymətləndirib. 

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda qarşıdurmalar nəticəsində 20 mindən çox insan həyatını itirib, 25 milyondan çox insan isə humanitar yardıma ehtiyac duyur.

Seçilən
62
19
news365.az

10Mənbələr