AZ

Sədr müavini: "COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər:
"Siyahı bizə təqdim olunub. Sözügedən siyahı bütün metro stansiyalarına göndərilib".
Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Buraya avtobus, metro və dəmiryol nəqliyyatı daxildir.
Məhərrəm Əliyev
Seçilən
82
50
oxu.az

10Mənbələr