AZ

Balet ayaqqabıları qışın ən dəbli trendinə çevriləcək

“Vogue” jurnalının redaktorları qaşlı balet ayaqqabılarını Yeni il bayramının trendi adlandırıblar.

Qaziler.az bildirir ki, bu barədə “Vogue” yazıb.

Stilistlər Yeni il şənliyi üçün daş-qaşla, parıltılı aksessuarlarla bəzədilmiş balet ayaqqabıları seçməyi məsləhət görüblər.

Trendləri seçərkən onlar “Chanel”, “Loewe” və “Coperni”nin nümayişlərinə etibar ediblər.

Onların fikrincə, bu ayaqqabı həm şalvar və kostyumla, həm də istənilən rəng və materialdan olan paltar və yubka ilə uyğunlaşdırıla bilər.

QAZİLER.AZ

Seçilən
55
32
qaziler.az

10Mənbələr