AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

 

Senzor.az bildirir ki, bu mərhələdə şəhərə daha 30 ailə - 150 nəfər köçürülüb.

 

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

 

**09:46

 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yenidən qurulan Cəbrayıl şəhərinə yola salınıb. 

 

Senzor.az bildirir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülür.

 

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Ümumiyyətlə isə hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.

Seçilən
115
40
senzor.az

10Mənbələr