AZ

Putin COP29-a gəlməsi məsələsinə aydınlıq gətirdi

Bakıda keçiriləcək BMT-nin iqlim konfransında Rusiyanı baş nazir Mixail Mişustin təmsil edəcək.   

News365.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. 

"Biz bu tədbirə dəvət olunmuşuq. Biz bu tədbirdə Rusiyanı yüksək səviyyədə təmsil edəcəyik", - deyə o, əlavə edib. 

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Seçilən
4
1
news365.az

10Mənbələr