Otuzillik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Hər an yeni təxribata biz hazır olmalıyıq və hazırıq.
Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.
Azərbaycan Silahlı Qüvvələrinin hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdə olduğunu bildirən dövlətimizin başçısı vurğulayıb: “Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir".