AZ

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

Dünya Bankı Ukraynaya yeni yardım paketi çərçivəsində 750 milyon dollar ayıracağını elan edib. 
 
Bu barədə ölkənin Baş naziri Denis Şmiqal "Telegram" kanalında məlumat verib.
 
"Bu vəsaitlər Ukraynanın Avropa İttifaqına qoşulması üçün zəruri olan institusional islahatları dəstəkləməyə yönəlmiş Ağıllı Fiskal İdarəetmə vasitəsilə Bərpa Dəstəyi (SURGE) layihəsi çərçivəsində təmin ediləcək. Məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən "ADVANCE Ukraine" fondundan ayrılacaq", - deyə Şmıqal bildirib və Dünya Bankına dəstəyi üçün təşəkkür edib.
 
Şmiqal qeyd edib ki, lazım gəldikdə maliyyələşdirmə məbləği artırıla bilər.
 
Noyabr ayının əvvəlində Ukrayna hökuməti Dünya Bankı ilə demək olar ki, 600 milyon dolların ayrılmasını nəzərdə tutan sazişlər imzalayıb. O zaman Şmıqal bu vəsaitlərin kiçik və orta biznesin dəstəklənməsi, yaşıl keçid, biznes mühitinin yaxşılaşdırılması və rəqəmsallaşdırmaya sərf olunacağını qeyd etmişdi. O əlavə edib ki, ümumi proqramın məbləği 1 milyard dollardan çoxdur və 2027-ci ilə qədər davam etməsi nəzərdə tutulur. Baş nazir isə vəsaitlərin Kiyevə kredit şəklində, yoxsa qrant şəklində veriləcəyi barədə məlumat verməyib.
 
Valyuta.az
Seçilən
92
50
moderator.az

10Mənbələr