AZ

Trampın qələbəsindən sonra afroamerikalılar köləliklə hədələndilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin 12 ştatında və Kolumbiya dairəsində afroamerikalılar plantasiyalarda köləliyə göndərilmək təhdidləri ilə təhqiredici və irqçi SMS mesajları almağa başlayıblar.
Oxu.Az-ın "Washington Post"a (WP) istinadla məlumatına görə, artıq Federal Təhqiqat Bürosu və ştat hakimiyyət orqanları araşdırmaya başlayıblar.
Qəzetin məlumatına görə, SMS-lər əsasən qaradərili tələbələrə göndərilib, zərərçəkənlərin dəqiq sayları məlum deyil.
"Siz ən yaxın plantasiyada pambıq yığmaq üçün seçilmisiniz. Əşyalarınızı toplayın və saat 13:00-da hazır olun. Bizim nəzarətçi-kölələrimiz qəhvəyi rəngli furqonla gələcəklər, plantasiyaya çatanda yoxlanılacağınıza hazır olun", - deyə ismarışların birində deyilir.
Qəzetin yazdığına görə, bəzi SMS-lərdə göndərənin seçilmiş Prezident Donald Trampın tərəfdarı olduğu və ya onun administrasiyası ilə əlaqəsi olduğu iddia edilib. Trampın komandası bu mesajlarla hər hansı əlaqəni rədd edib.
"Qərargahın bu mesajlara heç bir aidiyyəti yoxdur", - deyə respublikaçının qərargah nümayəndəsi Kerolayn Livitt bildirib.
Seçilən
60
50
oxu.az

10Mənbələr