AZ

Qazaxıstan Türkiyədən xalça idxalını azaldıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Qazaxıstana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 35 milyon 143 min 39 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Qazaxıstana 5 milyon 320 min 39 dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 2 milyard 360 milyon 731 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 274 milyon 570 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə heç dəyişməyib.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon 39 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Seçilən
52
33
turkic.world

10Mənbələr