AZ

Rusiyada biri uşaq olmaqla dörd nəfər yanaraq ölüb

Rusiyanın Barnaul şəhərində dörd nəfər yanğında ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, fərdi yaşayış binasında baş verən yanğın söndürüldükdən sonra hadisə yerindən 64 və 44 yaşlı qadın, 67 yaşlı kişi və 4 yaşlı uşaq meyitləri aşkar edilib.

Vurğulanıb ki, yanğınsöndürmə işlərində 52 nəfər və 14 texnika iştirak edib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
72
9
far.az

10Mənbələr