AZ

İPL: "Mançester Siti" uduzdu, "Liverpul" liderliyini möhkəmləndirdi

İngiltərə Premyer Liqasında 11-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 6 oyun baş tutub.

“Brentford” “Bornmut”u, “Vulverhempton” “Sauthempton”u məğlub yola salıb. “Kristal Pelas” evdə “Fulhem”ə uduzub. Səfərdə “Brayton”la qarşılaşan “Mançester Siti” məğlubiyyətə üzülüb. Lider “Liverpul” isə evdə “Aston Villa”nı məğlub edib.

İngiltərə Premyer Liqası
11-ci tur
9 noyabr

Brentford – Bornmut 3:2
Qollar:
Vissa, 27; 58. Damsqard, 50 – Evanilson, 17. Kluyvert, 49.

Kristal Pelas – Fulhem 0:2
Qollar:
Smit Rou, 45+2. H.Uilson, 83.

Vest Hem – Everton 0:0

Vulverhempton – Sauthempton 2:0
Qollar:
Sarabiya, 2. Kunya, 51.

Brayton – Mançester Siti 2:1
Qollar:
J.Pedro, 78. O’Rayli, 83 – Haland, 23.

Liverpul – Aston Villa 2:0
Qollar:
Nunyes, 20. Salah, 84.

10 noyabr

18:00. Mançester Yunayted – Lester Siti
18:00. Nottingem Forest – Nyukasl
18:00. Tottenhem – İpsviç Taun
20:30. Çelsi – Arsenal

Seçilən
49
12
fanat.az

10Mənbələr