AZ

Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı körpə Onurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mehri Əzizova deyib.
O bildirib ki, övladı aprelin 12-də ehtiyatsızlıq səbəbindən yanıb:
"Onurun bir yaşı var. Aprelin 12-də evdə qaz plitəsi ilə oynayarkən üzərinə içi qaynar su dolu çaydanı aşırıb. Hadisə baş verən kimi biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım bir müddət orada müalicə aldı və dəriköçürmə əməliyyatı keçirdi".
Mehri Əzizova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Onur dəriköçürmə əməliyyatı olunub. Onurun dərisinin tutması üçün müalicəyə ehtiyacımız var. Dərmanlar və mazları almaq üçün 450 manata ehtiyacımız var. Dərmanlarını və mazlarını istifadə etmədiyimiz zaman onun yaraları suluqlayır, ağrıları artır. Yardımsevər şəxslərdən Onura dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 520-21-53.
Bank Respublika: 5235 2222 3600 5001.
Seçilən
51
34
oxu.az

10Mənbələr