AZ

Bakıya gətirilən bu avtobuslara sürət limiti qoyuldu

“Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınan elektrik mühərrikli avtobuslara sürət limiti qoyulub”.

Bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, təhlükəsizlik məqsədilə yeni avtobuslarda maksimum sürət limiti 50 km/saat təyin olunub.

“Bu avtobuslar COP29 tədbiri çərçivəsində yalnız tədbir iştirakçılarını müəyyən olunan məntəqələrdən tədbirə və geri daşıyacaqlar. Tədbirdən sonra isə bu avtobuslar ictimai nəqliyyatda istifadə üçün müntəzəm xətlərə buraxılacaq”, – deyə T.Orucov vurğulayıb.

Seçilən
18
16
avtosfer.az

10Mənbələr