Müsahibəni təqdim edirik:
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, COP-29 öz işinə başladı, tədbir barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Tədbir BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar təşkil etdiyi Konfrans olsa da, Azərbaycan ev sahibliyi edən tərəf kimi tədbirin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələn hər şeyi edib. Milli adət-ənənəmizə uyğun olaraq qonaq qəbul etməzdən öncə evdə bərpa və təmizlik işləri görülmüş, qonaqların yüksək səviyyədə qarşılanması və yerləşdirilməsi üçün hər şey edilmişdir. Qərbin bəzi dairələri tərəfindən idarə olunan, ciddiliyini itirmiş insanlar iddia edirlər ki, bəzi böyük dövlətlərin yüksək səviyyədə Konfransa qatılmaması Azərbaycanda insan haqlarının pozulması və demokratik azadlıqların məhdudlaşdırılmasına görədir. Belələrindən biri utanmadan deyir ki, o hansısa xarici nəşrdə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair məqalə dərc elətdirib və bunun nəticəsi olaraq böyük dövlətlər Konfransı boykot edib. Bizdən öncə 28-ci Konfrans Birləşmiş Ərəb Əmirliklərində keçirilib və Bakıda yüksək səviyyədə təmsil olunmayan ölkələrin əksəriyyəti həmin tədbirə yüksək səviyyədə qatılmışdı.
Orada doğrudanmı insan hüquq və azadlıqlarının vəziyyəti bizdən yaxşıdır? Qərəzdən və çarəsizlikdən rəzil vəziyyətə düşmüş bu adamlar gözəl bilirlər ki, bizdə etdikləri tənqidi çıxışların onda birini orda etsələr dillərini boyunlarının arxasından dartıb çıxararlar. Bizi ilk növbədə ermənilərin Qarabağdan getməsinə görə boykot edir, vicdansızcasına etnik təmizləmə aparmaqda günahlandırırlar. Sadəcə bu ittihamlara həm də bəzi daxili məsələlər qoşulur ki, xalqın bir hissəsindən dəstək alsınlar, həm də burdakı tərəfdarlarına hökumət əleyhinə təbliğat imkanı versinlər.
Onların bizi boykot etməsinin ikinci səbəbi Azərbaycanın xarici siyasəti ilə əlaqəlidir. Türkiyə , Çin və Rusiya ilə müttəfiqlik münasibətlərinə dair sazişin imzalanması, 3+3 formatında regional əməkdaşlıq onları xüsusilə qıcıqlandırır. Əsl səbəb budur. Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Beynəlxalq ictimaiyyət Bakıda qlobal istiləşməyə dair ciddi qərarların qəbul olinmasını gözləyir.
Konfransa qatılmayanlara görə sevinənlərə isə yazıqlar olsun. Onlar haqqında bir dəfə İlham Əliyev dedi ki, yeni istifadəyə verilən körpüdən su sızır, bunlar sevinirlər. Güclü yağış yağır, kimlərinsə evlərini su basır, bunlar toy-bayram edirlər. Erməniyə görə kimsə Bakıya gəlməkdən imtina edir, bunar yenə sevinirlər. Öz ölkəsinin uğurlarına yox, dövlətinə qarşı çağırışlara və təhdidlərə sevinənləri Allah heç vaxt sevindirməz.
- Bəs, İran niyə yüksək səviyyədə tədbirə qatılmadı?
8Mənbələr
-
medianews.azƏrəblərin COP-na gedib, amma Bakıya gəlməyənlərin… – SƏBƏBLƏR ( 12945139)
-
konkret.azƏrəblərin COP-na gedib, amma Bakıya gəlməyənlərin… – SƏBƏBLƏR ( 12935134)
-
qaziler.azBəzi liderlərin Bakıya gəlməkdən imtinasının əsl səbəbi… ( 12929071)
-
turkustan.azƏrəblərin COP-na gedib, amma Bakıya gəlməyənlərin... - SƏBƏBLƏR ( 12925798)
-
pravda.azƏrəblərin COP-na gedib, amma Bakıda COP-a gəlməyənlərin “qarnıağrısı” nədir? ( 12925384)
-
hurriyyet.azƏrəblərin COP-na gedib, amma Bakıda COP-a gəlməyənlərin “qarnıağrısı” nədir? — SƏBƏB ( 12924991)
-
demokrat.azƏrəblərin COP-na gedib, amma Bakıda COP-a gəlməyənlərin “qarnıağrısı” nədir? — SƏBƏB ( 12923995)
-
axar.azBəzi liderlərin Bakıya gəlməkdən imtinasının əsl səbəbi… ( 12921856)