AZ

Ruslar Kurskda darmadağın edildi: Putin üçün fəlakət

Rusiya ordusunun Kursk vilayətində əks-hücumu fəlakətlə nəticələnib.

7Times.az  xəbər verir ki, bu barədə “Bild” nəşrinin əməkdaşı Yulian Röpke məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları Ukrayna qüvvələrini çıxarmaq üçün üç gündür Kursk vilayətində böyük əks-hücum əməliyyatı keçirir:

“Əks-hücum nəticəsində Rusiya 28 zirehli texnikasını (əsasən müasir BTR-82A) itirib və 200-dən çox əsgəri öldürülüb və ya yaralanıb. Vladimir Putin və onun generalları üçün əsl fəlakət”.

Röpke bildirib ki, böyük itkilərinə baxmayaraq, ruslar Poqrebki və Darino kimi iki kiçik kəndi azad edə biliblər.

Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Rusiya və Şimali Koreyanın 50 minlik ordusunun Kursk vilayətində genişmiqyaslı hücuma hazırlaşdığını yazmışdı.

Axar.az

Seçilən
16
24
7times.az

10Mənbələr