AZ

Bernard Ehirim: "Nigeriyada bizim üçün əsas problem neft dağılmaları ilə əlaqədardır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nigeriyada bizim üçün əsas problem neft dağılmaları ilə əlaqədardır. Neftin dağılması isə iqlimə çox böyük ziyan vurur. Biz cəmiyyətlərimizdə neft dağılmalarının mənfi təsirlərini azaltmaq üçün edə biləcəyimiz hər şeyə hazırıq. Təklif edirəm ki, dünyanın hər yerində neft dağılmalarının mənfi təsirlərini aradan qaldırmaqda maraqlı olan insanlarla müzakirələr aparılsın".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda COP29 tədbirində iştirak edən nigeriyalı nümayəndə Bernard Ehirim deyib.
O bildirib ki, Nigeriya iqlim dəyişikliyinin, xüsusən də kənd təsərrüfatına mənfi təsirlər göstərdiyi ölkədir:
"Ona görə də biz bu problemi həll etmək üçün çox çalışırıq. Mən COP29-dan istifadə edərək, bu işdə bizə kömək edə biləcək bütün insanlarla çalışmaq istəyirəm ki, sağlam qidanı çətin şəraitdə yaşayan insanlara daha tez necə çatdırmağın mümkün olduğunu öyrənək və bu istiqamətdə birlikdə işləyə bilərikmi?"
"COP29-da iştirak etmək üçün Bakıya gəlməzdən əvvəl Azərbaycan haqqında araşdırma apardım. Rastıma çıxan məlumatlar məni heyrətə gətirdi. Azərbaycan möhtəşəm və əsrarəngiz ölkədir. Mən buraya yenidən gəlməyi düşünürəm. Çünki qonaqpərvərlik, insanların isti münasibəti, yeməklər, gəziləcək yerlər fantastikdir. Ona görə COP29 keçirmək üçün Azərbaycanın müəyyən edilməsi yaxşı seçimdir", - afrikalı nümayəndə diqqətə çatdırıb.
Mərahim Nəsib
Seçilən
113
43
oxu.az

10Mənbələr