AZ

Xəzər dənizində zəlzələ baş verib

Xəzər

Xəzər dənizində 3,3 maqnitudada zəlzələ baş verib.

Reyting.az
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadla xəbər verir ki, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər baş verib.
Seçilən
4
37
reyting.az

10Mənbələr