AZ

"Tesla"nın qapıları açılmadı - 4 nəfər yanaraq öldü

Kanadanın Toronto şəhərində "Tesla" markalı avtomobil yol qəzası zamanı qapılarını avtomatik kilidləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsində baş verən yanğın nəticəsində 4 nəfər həyatını itirib, yoldan keçən şəxsin şüşəni sındırması nəticəsində 1 nəfər xilas edilib.

Kanadanın Toronto şəhərində baş verən qəzada "Tesla" markalı avtomobil yüksək sürətlə maneələrə çırpılıb. Bu zaman "Tesla" avtomatik olaraq qapılarını bağlayıb.

Avtomobildə olan 4 nəfər həyatını itirərkən, hadisə yerindən keçən poçt işçisi Rik Harperin sayəsində 20 yaşlarında bir qadın xilas edilib. Harper yaxınlıqda tapdığı metal çubuqla pəncərəni sındıraraq qadını son anda avtomobildən çıxara bilib. Harper, güclü tüstü səbəbindən avtomobildə başqa insanların olduğunu görə bilmədiyini söyləyib.

Qəza zamanı elektrik kəsilməsi səbəbindən "Tesla" avtomobillərindəki elektron qapı sisteminin açılmadığı aydın olub. Mütəxəssislər "Tesla" istifadəçilərinə avtomobilin əl ilə açılma sisteminə malik olması barədə xəbərdarlıq ediblər. Lakin çox istifadə edilmədiyi üçün bəzilərinin bu xüsusiyyətdən xəbərsiz olduğu, qəza zamanı istifadənin məcburi olduğu bildirilib.

Seçilən
53
sia.az

1Mənbələr