AZ

Seçkidən sonra Azərbaycan- ABŞ münasibətləri necə davam edəcək?- Ayxan Hacızadə danışdı

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-də yeni prezidentlik seçimindən sonra Azərbaycanla gələcək əlaqələrlə bağlı danışıb.

Musavat.com xəbər verir ki, XİN rəsmisi Azərbaycanın neft-qaz ölkəsi olmasına baxmayaraq, uzun müddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutduğunu vurğulayıb:

"Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirilir. Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq, dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir", - A.Hacızadə əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
55
21
musavat.com

10Mənbələr