AZ

Veteranlara verilən 80 manat artırılır – Nazir açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Bakuinfo.net xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb. Nazir söyləyib ki, hazırda sosial paket müzakirə mərhələsindədir.

"Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək", - o qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. 

Seçilən
13
3
bakuinfo.net

10Mənbələr