AZ

COP29 çərçivəsində "Eko-Kolonializm: müstəmləkəçilik və neo-kolonial istismarın ekoloji mirası" adlı tədbir keçirilib (FOTO)

Bu gün COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Eko-Kolonializm: müstəmləkəçilik və neo-kolonial istismarın ekoloji mirası" adlı tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirin natiqləri müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladığı ərazilərdə təbiətə verdiyi ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə də ekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilən ekoloji cinayətlərə diqqəti cəlb ediblər.

Tədbirdə Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyətdən danışıblar. Həmçinin, müstəmləkə ərazilərində müstəmləkəçı güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarını, meşələrin qırılması, torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi ziyanlar, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə edilib.

Spikerlər Dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializm ilə əlaqələndirmiş, Fransa və Niderlanddan yerli xalqların tələblərinə əməl etməyi tələb ediblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
1
olaylar.az

4Mənbələr