AZ

Nassim Oulmane: "Afrika ölkələri də problemlərdən xilas olmaq üçün əlavə həll yolları tapmalıdırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təmsil etdiyim Birləşmiş Millətlər Təşkilatının beş regional komissiyasından biri olan "Əddis-Əbəbə" də Afrika hökumətləri ilə sıx əməkdaşlıq edir. Çünki Afrika ölkələri iqlim dəyişikliyinin nəticələrindən bu gün daha çox əziyyət çəkir. Ona görə də COP29-da bu məsələni vurğulamaq bizim üçün vacibdir".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan BMT-nin Afrikadakı İqtisadi Komissiyasının Texnologiya, İqlim Dəyişikliyi və Təbii Resursların İdarə Edilməsi Departamentinin direktoru Nassim Oulmane deyib.
O bildirib ki, Afrika xalqlarının ehtiyacı düşündüyümüzdən qat-qat böyükdür və bunu vurğulamaq lazımdır:
"Çünki mövcud vəziyyət, həqiqətən də, cəmiyyətlərə, insanlara, iqtisadiyyatlara ziyan vurur. Afrika ölkələri də problemlərdən xilas olmaq üçün əlavə həll yolları tapmalıdırlar. Onlar maddi olaraq çox əziyyət çəkirlər. İnvestisiya adaptasiyası və yumşaldılması baxımından ödədikləri ilə müqayisədə bu gün daha çox pul xərcləyirlər. Yəni qaytardıqları aldıqlarından daha çoxdur. Bu, Afrika ölkələrinin mövcud durumunu daha da çətinləşdirir.
Halbuki, Afrika ölkələri qlobal dünyanın bir parçası olmaq istəyirlər və buna imkan vermək üçün həll yollarını tapmaq lazımdır. Onların yenidən iddialı olması üçün biz onlarla birlikdə çalışırıq ki, buna nail olsunlar. Çünki reallıq ondan ibarətdir ki, bizim qlobal ehtiyaclarımız 2009-cu ildə Kopenhagendə qəbul etdiyimiz qərarlardan çox-çox kənardadır və biz bununla bağlı danışıqlar aparır, Paris Sazişinə əməl etməyə çalışırıq. Bu, əlbəttə ki, bütün həll yolları haqqında danışdığım əsas məsələdir. Bu baxımdan, COP29 mühüm platformadır və burada, xüsusən də Azərbaycanın rolu yüksək qiymətləndirilməlidir".
Mərahim Nəsib
Seçilən
95
43
oxu.az

10Mənbələr