AZ

Şahin Mustafayev Din Süesyanla fikir mübadiləsi apardı - Foto

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 13-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini cənab Din Süesyan ilə görüşüb.

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi və cari ilin iyul ayında ölkə rəhbərləri tərəfindən qəbul edilmiş strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə xüsusilə qeyd olunub.

COP29 çərçivəsində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti üzrə Sammitində Çin Xalq Respublikasının xüsusi nümayəndəsi qismində iştirak məqsədilə ölkəmizdə səfərdə olan cənab Din Süesyan ilə qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanaraq Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub.

Görüşdə həmçinin geniş gündəliyə malik əməkdaşlığımızın bir çox sahələrdə dərinləşməsi və yeni məzmunla zənginləşdirilməsi məqsədilə səylərin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.


Seçilən
32
8
qafqazinfo.az

10Mənbələr