AZ

Monqolustan Prezidenti Milli Azərbaycan Tarixi Muzeyində olub

COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Muzeyin direktoru akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Azərbaycan-Monqolustan mədəni-tarixi əlaqələri haqqında söhbət aparılıb.

Monqolustan Prezidenti muzeyin eksponatlarını nəzərdən keçirərək Azərbaycanın qədim mədəni irsi və tarixi ilə tanış olub. Eyni zamanda, muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Monqolustanın tarixi ilə Azərbaycanın mədəni əlaqələrini birləşdirən, Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış Monqol xalatı və dövrün nadir numizmatik nümunələri Prezidentin diqqətini cəlb edib.

Qonaqlar muzeydən xoş təəssüratla ayrılıblar.

Seçilən
54
4
xalqqazeti.az

5Mənbələr