Türkiyəli professor Canan Karatay son vaxtlar məşhurlaşan Dubay şokoladı ilə bağlı danışıb.
Axar.az Milli.az-a istinadla xəbər verir ki, fabrikdən çıxan hər şeyin zəhər olduğunu vurğulayan Karatay məşhur şokoladı da şirkətlərin istehsal etdiyi zəhər adlandırıb.
"Şirkətlərin istehsal etdiyi zəhərdir. Yesinlər, xəstələnsinlər, xərçəngə tutulsunlar. Sonra "anam da xərçəngdir, onsuz da mən də olacağam” deyib gözləsinlər", - o bildirib.
Karatay Dubay şokoladı satılan mağazaların qarşısında insanların uzun növbələr yaratdığı səhnələri təəssüflə izlədiyini vurğulayıb.