AZ

KTMT-nin baş katibi İrəvana səfər edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov təşkilatın Minskdə keçirilən sammitindən sonra İrəvana səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, o, KTMT-nin sammitində qəbul olunmuş qərarları imzalamaq üçün Ermənistana təqdim edəcək.

Xatırladaq ki, noyabrın 23-də Minskdə KTMT-nin zirvə toplantısı keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, müdafiə naziri Suren Papikyan toplantıya qatılmayıb.

Seçilən
233
50
report.az

10Mənbələr