AZ

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Noyabrın 14-də Parlamentlərarası İttifaqın Baş katibi MartinÇunqonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan RespublikasıMilli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlamentgörüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələrşöbəsindən Trend-ə bildirilibki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisindeputatı Soltan Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
56
4
az.trend.az

10Mənbələr